Keçiddən yox, yoldan keçirlər - TƏHLÜKƏ - VİDEO

Qaydalar 22 Oktyabr 2017 00:03 Oxunub 1185
Keçiddən yox, yoldan keçirlər - TƏHLÜKƏ - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gənclər sürətlə şütüyən avtomobillərin arasından keçməyə cəhd edirlər

Gənclər həyatlarını təhlükəyə ataraq, sürətlə şütüyən avtomobillərin arasından keçməyə cəhd edirlər. Avtosfer.az-ın məlumatına görə, söhbət paytaxtın Nərimanov rayonu metronun ''Gənclik'' stansiyası yaxınlığından gedir. Yol polisi dəfələrlə reydlər keçirib, xəbərdarlıq etsə də, görünən odur ki, buna məhəl qoyan çox az piyada var. Ərazidə yeraltı keçid olsa da, Əhməd Bəy Ağaoğlu küçəsində insanlar nədənsə keçiddən yox, yoldan keçməyə üstünlük verirlər.

Piyadalar niyə keçiddən deyil, yoldan keçdiklərini bir bahənə ilə əsaslandırmağa çalışırlar. Amma özləri də etiraf edirlər ki, bunlar sadəcə bir bəhanədir. Onlar bu hərəkətləri ilə nəinki özlərini, sürətlə hərəkət edən nəqliyyat vasitələrinin sürücüərini də təhlükəyə atırlar. Çəkiliş apardığımız zaman şahidi olduq ki, qadın yanında azyaşlı övladı ilə keçiddən yox, yoldan keçir.

Yolun hərəkət hissəsindən əks tərəfə keçən yaşlı insanların bir çoxu xəstəliklərini, digərləri isə tələsdiklərini deyirlər. Halbuki keçiddən keçməklə, yoldan keçmək arasında heç 1 dəqiqə belə fərq yoxdur.

Elə bunun nəticəsidir ki, bu ilin 8 ayı ərazində 565 piyada vurulub və nəticədə 195 nəfər ölüb, 405 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, 8 ay ərazində qanunsuz yerdən keçən 100 minə yaxın piyada cərimələnib. Belə piyadalar "Yol hərəkəti haqqında" qanunun 40-cı maddəsinin tələbini pozduqları üçün İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinin tələbinə uyğun 20 manat cərimə olunurlar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh