"Azəravtoyol” cavab verdi – Təmirə start verilib

Xəbərlər 22 Oktyabr 2017 00:21 Oxunub 1829
"Azəravtoyol” cavab verdi – Təmirə start verilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Yaxın müddətdə yol tam asfaltlanaraq istifadəyə veriləcək”

Quba-Xaçmaz yolunun yararsız olmasıyla bağlı sakinlərin və sürücülərin Avtosfer.az-a etdikləri şikayətə "Azəravtoyol” ASC tərəfindən cavab verilib. Qurumun mətbuat xidməti şöbəsinin rəhbəri Anar Nəcəfli Avtosfer.az-a bildirdi ki, həmin yolda bir müddət bundan öncə təmir işlərinə start verilib. Yararsız torpaq qatı çıxarılıb yerinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb, yeni yol yatağı inşa olunub və sonra asfaltlanma işlərinə başlanılıb: “Müəyyən bir hissədə işlər aparılıb, ancaq əksər hissədə hələdə işlər qalıb. Yolun asfaltsız olması gediş-gəlişə təbii ki, təsir edir. O yoldan istifadə edən əhali heç də narahat olmasın, yaxın müddətdə yol tam asfaltlanaraq istifadəyə veriləcək. Əsası odur ki, bundan sonra həmin yolla artıq rahat gedib-gəlmək mümkün olacaq"- deyə Anar Nəcəfli bildirib.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh