Yol polisi bölgələrdə kütləvi reydlərə başladı; arvad-uşaq işə qarışdı - FOTO

Yol polisi 11 Dekabr 2014 23:49 Oxunub 3079
Yol polisi bölgələrdə kütləvi reydlərə başladı; arvad-uşaq işə qarışdı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vəzifəli şəxslər tabesizlik göstərib; bəzi sürücülər yol polisinə nəsilli-köklü hücuma keçiblər

Dekabrın 11-də Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Yevlax şəhərində avtonəqliyyat vasitələrinin istismarı və yol hərəkəti qaydalarını, eləcə də qanundan irəli gələn digər tələbləri pozan sürücülrə qarşı reyd keçirib. Reydddə onlarla jurnalist də iştirak edib. Avtosfer.az-ın əməkdaşının da qatıldığı reyd zamanı maraqlı anlar yaşanıb. Bəzi sürücülər yol polisindən qaçmağa çalışıb. Bəziləri isə yol polisinə sənəd vermək əvəzinə, nəsilli-köklü hücuma keçiblər. Buna baxmayaraq, həyata keçirilən tədbirlər zamanı avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən, yəni konstruksiya dəyişikliyinə yol verərək nəqliyyat vasitələrinin ön, arxa, habelə yan şüşələrində görməni məhdudlaşdıran vasitələr quraşdıran, sürücülük hüququ olmadan, alkaqollu içki qəbul edib sükan arxasında əyləşən xeyli sayda sürücü müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb. 

Reyd zamanı DYP əməkdaşlarının göstərişlərinə əməl etməyən, nəqliyyat vasitəsini yüksək sürətlə idarə edib asayiş keşikçilərinə tabe olmaq istəməyən sürücülərə də rast gəlinib. Yoxlanış zamanı bir neçə vəzifəli şəxs də polisin dayanmaq göstərişinə əməl etməyib. Bir neçə sürücü isə məsuliyyətdən yayınmaq üçün avtomobildə olan qadınları irəli verərək hay-küy salmağa çalışsalar da, onların cəhdləri baş tutmayıb və barələrində inzibati protokollar tərtib olunub.

Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, reydlər bir neçə gün davam edəcək və sonda ictimaiyyətə bu barədə ətraflı açıqlama veriləcək. 

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh