Sərxoş kişi parkomatı sındırdı: Hadisə anbaaan kameraya düşdü - VİDEO

Avtosfer TV 22 Oktyabr 2017 23:10 Oxunub 2447
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis hadisə yerinə gələrək həmin şəxsi elə iş başındaca həbs edib

Bakıda sərxoş olduğu güman edilən bir kişi səhər saatlarında Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinə (XTAİ) məxsus parkomat aparatını sındıraraq yararsız hala salıb. Çox keçməyib ki, polis hadisə yerinə gələrək həmin şəxsi elə iş başındaca həbs edib. Bütün olanlar təhlükəsizlik kamerasına düşüb. Parkomatı yerindən tərpədərək aşırıb. Sonra isə yerdən daş parçası götürərək onun üzərinə vurub sındırıb. Parkomat aparatını sındırmaqda isə bir məqsədi var; içərisindəki pulu oğurlamaq. Bunun üçün də gah apartın üzərində olan düymələri sıxır, gah da daş parçası ilə onu sındırır. Bu azmış kimi parkomatı qaldıraraq ərazidə olan dəmir borunun üzərində çırpır. Hadisə səhər saatlarında Yasamal rayonu Hüseyn Cavid prospektində baş verib.Belə ki, Sərxoş olduğu güman edilən bir kişi ərazidə olan Bakı şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinə məxsus parkomat aparatını sındıraraq yararsız hala salıb.Bütün olanlar isə yaxınlıqda yerləşən obyektlərdən birinin təhlükəsizlik kamerasına düşüb.Kadrdanda aydın olur ki,bu şəxs parkomatı sındırmaqda məqsədi içərisində olan pulu götürüb aradan çıxmaq olur. Ancaq,çox keçmir ki, hadisə yerinə Post Patrul Xidmətinin əməkdaşları gələrək onu həbs edirlər.

Sərxoş kişi qışqıraraq "Mənə Samaraya bilet lazımdır" deyib.

Hadisə yerinə baxış zamanı oradan parkomatın götürüldüyünün şahidi olduq.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh