Yükdaşıma xidməti 1 nəfərin başına iş açdı - Dəymiş ziyanı ödəmir - VİDEO

Xəbərlər 22 Oktyabr 2017 23:15 Oxunub 1676
Yükdaşıma xidməti 1 nəfərin başına iş açdı - Dəymiş ziyanı ödəmir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni evə köçən şəxs şirkətə müraciət etdiyinə peşiman olub

Bahalı qab-qacaq evdən-evə daşınma zamanı qırıldı. Yükdaşıma xidməti şəxsə 5 min manata yaxın ziyan vurdu. Orxan Qəhrəmanov avqust ayında əşyaları daşımaq üçün yük taksisi şirkətinə müraciət edib. Nəticədə qiyməti 2800 manata olan qab dəstindən 10, qiyməti 2000 manata yaxın olan dəstdən isə 8 parça qırılıb. Şirkət əvvəlcə dəyən ziyanı qarşılayacağını vəd edib. Zərərçəkmiş şəxsin sözlərinə görə qablar həyat yoldaşının cehizliyi olub. Şirkət yüklərin etibarlı daşınması üçün ona heç bir müqavilə təqdim etməyib. Orxan Qəhrəmanov, hətta ona ödəniləcək miqdarın 30%-də qarşılamağa razı olduğunu deyir. Amma onlar indi zərəri qarşılamaq istəmirlər.

Məsələylə bağlı sözügedən şirkətlə əlaqə saxladıq. Lakin mövqe öyrənə bilmədik.

Hüquqşünaslar isə yüklərin daşınması zamanı bir tərəfli qaydada müqavilə bağlanıldığını deyir. Bu müqavilə daşınan malların təhlükısizliyində zəmanət rolunu oynayır. Heydər Cəfərovun sözlərinə görə, bir tərəfli müqavilələr hüquqi şəxs tərəfindən bağlanıldığından hadisəni şəxsin lehinə mübahisələndirmək çətin olur. Ona görə tərəflər arasında notarial qaydada müqavilə bağlanılmalıdır. Orxan Qəhrəmanov, məhkəmədən xərclədiyi rüsumlar da daxil olmaqla mənəvi təzminat da tələb edə bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh