Bakı-Qazax yolunda "BMW" kanala düşüb, yaralılar var

Qaydalar 22 Oktyabr 2017 23:25 Oxunub 1358
Bakı-Qazax yolunda "BMW" kanala düşüb, yaralılar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobildə olan iki nəfə xəsarət alıb

Yevlaxda avtomobilin kanala düşməsi nəticəsində sürücü və sərnişin xəsarət alıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax rayon Səmədabad kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan "BMW" markalı avtomobil idarəetmədən çıxaraq kanala düşüb. Nəticədə avtomobildə olan iki nəfər, Gəncə şəhər sakinləri - 1984-cü il təvəllüdlü Ramin Müslüm oğlu Məmmədov və 1985-ci il təvəllüdlü İsfəndiyar Nafiq oğlu Aslanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Baş vermiş hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırmalara başlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh