Azərbaycanda sürücü ağzını skoçlayıb yola çıxdı - VİDEO

Avtosfer TV 22 Oktyabr 2017 23:40 Oxunub 5923
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əllərini də sükana yapışdırıb ki, yol polisi saxlamasın...

Son günlərdə gündəmi zəbt edən avtomobillərin dövlət nömrə nişanlarında ağ olan defislərin rənglənməsi, eyni zamanda avtomobildə sürücünün yanındakı sərnişinlə söhbət edəcəyi təqdirdə 40 manat cərimələnəcəyi barədə məlumatlar ciddi müzakirə mövzusu olub. Hətta sosial şəbəkələrdə bununla bağlı çoxsaylı statuslar, karikaturalar yayımlanıb.

Bu dəfə isə kreativ gənclər videoçarx hazırlayıblar. Videoda yola çıxan sürücü avtomobilinin nömrələrini markerlə qaraldır. Həmçinin avtomobilə oturan zaman ağzını skoçlayır, əllərini də sükana yapışdırır. Avtosfser.az həmin kadrları təqdim edir:

Qeyd edək ki, artıq sükan arxasında diqqəti yayındıran söhbətlərə görə sürücünün cərimələnməsi məsələsinə Baş Dövlət Yol Polisi İdarəsi münasibət bildirib və bununla bağlı hər hansı göstərişin olmadığını bildirib.

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh