Ailəni yanğından qurtaran azərbaycanlı yol polisi danışdı - FOTOLAR

Yol polisi 23 Oktyabr 2017 11:41 Oxunub 1347
Ailəni yanğından qurtaran azərbaycanlı yol polisi danışdı - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Baxış Kərimov: "O an qorxu haqda düşünmürdüm"

Sverdlovsk vilayətində bir ailəni yanğından xilas edən YPX əməkdaşı Baxış Kərimov hadisə ilə bağlı danışıb. “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Baxış Kərimov hər şeyin təsadüfən baş verdiyini bildirib: “İşdən evə qayıdırdım və alovu gördüm. Yanğınsöndürənə zəng etdim, şüşəni qırdım və evə daxil oldum. Orada qadınla kişi yatmışdı. Onları oyadanda dedilər ki, evdə 4 uşaq da var”.

Baxışovun sözlərinə görə, hər şey çox sürətlə baş verirdi: “Heç kimdən qorxum yoxdur. O an qorxu haqda düşünmürdüm. Lazımdırsa, demək ki, lazımdır. Bizdə xidmət belədir. Hər kəs ağlayırdı, valideynlər də, uşaqlar da. Hələ də şokdadırlar”.

Rusiya mətbuatı isə yazır ki, əgər polis əməkdaşı işdən 15 dəqiqə gec çıxsaydı ev tamamilə yanmış olardı.




ŞƏRH YAZ
Ad

E-mail

Şərh