“Konturum yoxdur, telefonu ver zəng edim” deyənlərə inanmayın - FOTO

Gündəm 23 Oktyabr 2017 19:41 Oxunub 2226
“Konturum yoxdur, telefonu ver zəng edim” deyənlərə inanmayın - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Telefonu alıb aradan çıxmağa cəhd göstərdilər, amma yaxalandılar

Oktyabrın 20-də metronun “Elmlər Akademiyası” stansiyası ərazisində xidmət aparan Metroplitendə Polis Şöbəsinin əməkdaşlarına yaxınlaşan bir gənc 2 naməlum şəxsin mobil telefonunu alaraq qaçdığını bildirib.  Polis əməkdaşları dərhal həmin şəxsləri təqib edərək yaxalayıb və Şöbəyə gətiriblər.  Araşdırmalarla onların Cəlilabad rayon sakinləri, əvvəllər məhkum olunmuş Kənan Əliyev və Əli Həsrətov olduqları məlum olub. Müəyyən edilib ki, onlar səhər saat 8.00 radələrində metro stansiyasının qarşısında tələbə Kamran Məmmədzadəyə yaxınlaşıblar və sonuncunun mobil telefonundan zəng etmək üçün konturun olub-olmadığını soruşublar. Onlardan biri kiməsə zəng etmək üçün telefonu alaraq danışmaq adı ilə kənara çəkilib. Kamranın yanındakı ikinci şəxs isə qaçıb aradan çıxmağa çalışıb. Üzərlərinə baxış zamanı K.Məmmədzadəyə məxsus mobil telefon aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. 

 

Natiq Cavadov, 

DİN Mətbuat Xidmətinin əməkdaşı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh