Bakıda "Ağdam" və "Vüqar" nömrəli maşınlar var - "Mercedes" - "BMW" - VİDEO

Avtosfer Foto 23 Oktyabr 2017 15:29 Oxunub 10531
Bakıda "Ağdam" və "Vüqar" nömrəli maşınlar var - "Mercedes" - "BMW" - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqif Əsədov: "Bəzi ölkələrdə nömrə verilərkən sürücünün arzu və istəyi nəzərə alınır"

Paytaxtda fərqli nömrə nişanına malik avtomobil görülüb. Üzərində Ağdam yazılan avtomobil bir müddət öncə paytaxtın Tiblisi prospektində görüntülənib. Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı metbuat.az-a açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun sözlərinə görə, maşının qeydiyyat şəhədətnaməsində dövlət nömrə nişanının yerinə Ağdam yazılıbsa, deməli o nömrə qanunidir. Lakin bizim ölkəmizdə deyil: “Bəzi ölkələrdə dövlət qeydiyyat nişanı verilərkən sürücünün arzu və istəyi nəzərə alınır. Avtomobili alan şəxsin arzusu nəzərə alınaraq, rüsum ödənildikdən sonra verilir. Verilmiş nömrə əsasında avtomobil idarə edilir. Bildiyim qədərilə, Ukrayna və Gürcüstanda avtomobil sahibinin arzusuna və onun ödədiyi vəsait hesabına, standarta uyğun dövlət nömrə nişanı verilir. Bu nömrə nişanları qeydiyyat şəhədatnaməsində öz əksini tapır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa görə, ölkəmizə gətirilən və dövlət qeydiyyatına alınan nəqliyyat vasitələrinə bu tipli nömrələr verilmir. Bu nömrələr çox güman ki, xaricdə idarə edilən avtomobillərdir və onların qanunvericiliyində göstərilənlər kimidir. Avtomobil paytaxtda görülübsə, çox güman ki yol polisi tərəfindən saxlanılıb və öyrənilib. Yəqin ki, tranzit avtomobil kimi idarə edilib".

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh