Futbolçuları aparan mikroavtobus qəzaya düşdü

Qəzalar 23 Oktyabr 2017 15:53 Oxunub 752
Futbolçuları aparan mikroavtobus qəzaya düşdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kapitan Şota Kaşiyanın körpücük sümüyü sınıb

Gürcüstanın "Çixura" klubunun futbolçularını aparan mikroavtobus qəzaya düşüb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə komanda üzvləri Gürcüstan çempionatının XXXI turunda Batumi "Dinamo"suna 2:1 hesabı ilə qalib gəldikləri oyundan qayıdan zaman Xaşuri şəhərində baş verib. Klub rəsmilərinin sözlərinin görə, hadisə nəticəsində komanda üzvlərindən yalnız biri ciddi zədə alıb. Kapitan Şota Kaşiyanın körpücük sümüyü sınıb. Qeyd edək ki, "Çixura" 2014/2015 mövsümündə Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi"nin rəqibi olub. "Ağ-qaralar" Bakıda gürcülərlə qolsuz bərabərə qalsalar da, səfərdə 3:2 hesablı qələbə qazanaraq, mərhələ adlayıblar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh