Türk Hava Yollarından millimizə sürpriz - FOTOLAR

Gündəm 23 Oktyabr 2017 17:03 Oxunub 1086
Türk Hava Yollarından millimizə sürpriz - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Millimizə üzərində Azərbaycan bayrağı olan tort təqdim olunub

Xorvatiyanın paytaxtı Zaqrebdə gənclər arasında dünya birinciliyində böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, idmançılarımız və məşqçi heyəti təyyarədə Türk Hava Yolları tərəfindən sürpriz edilib. Bu aviaşirkət daim onların hava reysi ilə uçduqlarından və Zaqrebdən zəfərlə döndüklərindən, millimizə üzərində Azərbaycan bayrağı olan tort təqdim olunub.

Xatırladaq ki, mötəbər yarışda 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan, kişilərin komanda hesabında I olan, ümumi komanda hesabında isə yalnız Yaponiyadan geri qalaraq II yeri tutan millimizin üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və idmançıların ailə üzvləri qarşılayıblar.

Qeyd edək ki, 83 ölkədən 590 idmançının mübarizə apardığı dünya birinciliyində Hidayət Heydərov (-73 kq), Zelim Kotsoyev (-100 kq) qızıl, Natiq Qurbanlı (-55 kq), Kəramət Hüseynov (-60 kq) gümüş və Nəzakət Əzizova (-52 kq) bürünc medal əldə ediblər.


ŞƏRH YAZ
Ad

E-mail

Şərh