Sürüşmə sahələrində çatlar genişlənib

Gündəm 23 Oktyabr 2017 17:12 Oxunub 715
Sürüşmə sahələrində çatlar genişlənib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Abşeronda vulkanların yaxınlığındakı

Hökməlidə Nubar qəsəbəsi və MasazırdaZəli gölü” çökmə - sürüşmə sahələrinin dinamikasında aktivlik müşahidə edilir”. Avtosfer.az xəbər verir ki, bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib. Onun sözlərinə görə, Nubar qəsəbəsindəki sürüşmə sahəsi Hökməli, “Zəli gölü” sürüşmə sahəsi isə Keyrəki palçıq vulkanlarının yaxınlığında yerləşir: “Vulkanların yüz illər boyunca püskürməsi ilə vulkan külləri ərazini təşkil edən süxurların, torpağın tərkibinə daxil olub. Belə olduqda isə torpaq yuyulmaya, aşınmaya daha həssas olur və möhkəmliyini itirir. Azacıq yağan yağış isə ərazini təşkil edən süxurların daha da dağılıb, parçalanmasına səbəb olur və çökmə - sürüşmə prosesi üçün zəmin yaranır”. R.Həsənov qeyd edib ki, hər iki çökmə - sürüşmə sahəsində çatların ölçüləri genişlənib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh