Suriyalıların silahlı toy karvanı belə durduruldu - FOTO

Avtosfer Foto 23 Oktyabr 2017 20:25 Oxunub 2014
Suriyalıların silahlı toy karvanı belə durduruldu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar tapançadan atəş açaraq avtoxuliqanlıq etməyə başlayıblar
Almaniyada suriyalıların silahlı toy karvanı polis tərəfindən durdurulub. Hadisə Bonn şəhərində qeydə alınıb. Toy karvanında olan silahlı şəxslər küçənin ortasında tapançadan atəş açaraq avtoxuliqanlıq etməyə başlayıblar. Ətrafdakıların polisə zəng vuraraq məlumat verməsi ilə hadisə yerinə polis əməkdaşları gəliblər. Polisdən qaçan toy karvanında iştirak edən avtomobillərin çoxu yanacaqdoldurma məntəqələrindən birinin yaxınlığında dudurulublar. Polis saxlanılan maşınlarda axtarış aparıb lakin, heç bir silah tapılmayıb. Məlum olub ki, tapançadan atəş açan şəxs mavi rəngli bir maşında Köln istiqamətinə qaçıb. Polis həmin avtomobilin durdurulması üçün Kölndəki həmkarlarına məlumat verib.
Bonn polisindən verilən açıqlamaya görə, toy karvanına aid saxlanılan 15 maşınının sürücüsü cərimə olunduqdan sonra buraxılıblar.
Azeuronews.com
FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh