Deputat da məhkumların qaçmasından danışdı

Gündəm 23 Oktyabr 2017 23:10 Oxunub 1160
Deputat da məhkumların qaçmasından danışdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qaçan məhbuslara görə nəzarətçilər istintaqa cəlb edildi

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Çingiz Qənizadə xüsusi təyinatlı qatardan qaçan məhkumlardan danışıb. O “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, Bakı-Astara-Bakı xüsusi təyinatlı qatardan məhbusların qaçması faktı ilə bağlı rəsmi qurumlar artıq açıqlama veriblər: “Belə ki, hər  iki şəxs barəsində cinayət işi qaldırılıb və bu qanunauyğundur. Onlar barəsində Cinayət Məcəlləsinin 304.2 maddəsi ilə cinayət işi başlanılıb. Bundan əlavə,ola bilməz ki bu qaçma prosesində vəzifəli şəxslərin iştirakından  söhbət  getməsin. Buna görə də CM-nin 308.2-ci maddəsi ilə də cinayət işi başlanılıb. Bu məhkumların qaçması ilə bağlı qaldırılmış cinayət işinin daha operativ aparılması onların həbsindən sonra mümkün olacaq.  Onlara qaçması üçün hansısa bir şəraitin yaradılıb yaradılmadığı, səhlənkarlığın olması, qabaqcadan rəsmi şəxslərlə əlbir olub olmama kimi məsələlər tutulandan sonra aydın olacaq. 

İndidən onların aparılıb gətirilməsi üçün məsuliyyət daşıyan Penitensiar Xidmətin əməkdaşlarını, istərsə də başqalarını günahlandırmaq  tezdir. Fərziyyələr üzərində hansısa fikir söyləmək məqsədəuyğun deyil”.

Bu arada Bakıda məhbusların qaçması faktı ilə bağlı Penitensiar Xidmətin azı üç əməkdaşı istintaqa cəlb edilib. Avtosfer.az-ın “Report”a istinadən məlumatınaa görə, hadisədən sonra həmin şəxslərdən izahatlar alınıb. Hazırda istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda paytaxtda gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçıblar. Qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar. Təqsirləndirilən şəxslər Bakı İstintaq Təcridxanasına aparılırmış.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh