Yeni yolların çəkilməsi sürüşmələrin aktivləşməsinə səbəb olur? - VİDEO

Yazarlar 23 Oktyabr 2017 23:12 Oxunub 1321
Yeni yolların çəkilməsi sürüşmələrin aktivləşməsinə səbəb olur? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Anar Nəcəfli: "Baş verən sürüşmə yolun tikintisi ilə bağlı deyil, təbiət hadisəsidir"

''Son vaxtlar vaxtlar Azərbaycanda xüsusilə dağlıq ərazilərdə yeni yolların çəkilməsi sürüşmə sahələrinin genişlənməsi və aktivləşməsinə səbəb olur''. Bunu Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov bildirib. Mirnuh İsmayılov qeyd edib ki, yeni yolların çəkilməsi yamaclarda tarazlığın pozulması və sürüşmə ilə nəticələnir. Nümunə kimi isə Şamaxıdan Qızmeydana gedən yolu, həmin yolun Pirsaatçay dərəsini kəsib keçən, Pirsaatın sol yamacında olan ərazilər göstərilib. Şöbə müdirinin sözlərinə görə bu halların qarşısını almaq üçün yolları çəkən dövlət və özəl qurumlar mütləq AMEA-nın Geologiya və Geodeziya, Coğrafiya institutları ilə əlaqə saxlamalıdır.

Səsləndirilən iddialara cavab olaraq isə "Azəravtoyol" Açıq səhmdar cəmiyəytinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, hər bir yol hətta təmir etdirilərkən mütləq geoloji araşdırma aparılır və işlər ona uyğun həyata keçirilir.

Anar Nəcəflinin sözlərinə görə, qeyd edilən ərazilərdə baş verən sürüşmə yolun tikintisi ilə bağlı deyil, təbiət hadisəsidir. Bu isə həmin ərazilər üçün xarakterik hal hesab edilir. Qaldıki, yol çəkilərkən AMEA-nın müvafiq qurumları ilə razılaşdırmaq məsələsinə, bu müvafiq qanunvericiliklə tənzimlənir.

Anar Nəcəfli onuda bildirdi ki, hazırda qurum tərəfindən heç bir yeni yolun salınması işi həyata keçirilmir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh