Goranboyda yol qəzasında xəsarət alan şəxs ölüb

Qəzalar 23 Oktyabr 2017 23:23 Oxunub 779
Goranboyda yol qəzasında xəsarət alan şəxs ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib

Goranboy rayonunda baş vermiş yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, rayonun Borsunlu qəsəbəsində "Mercedes" markalı avtomobil idarəetməni itirərək irəlidə gedən "Shacman" markalı yük maşınına çırpılıb. Nəticədə "Mercedes"də olan sərnişin, Yevlax rayonunun Tanrıqulular kənd sakini, 1974-cü il təvəllüdlü Hüseyn Əmrah oğlu Mehdiyev ağır kəllə-beyin travması alaraq Mingəçevir Şəhər Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. O, bu gün xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh