Bu ilin ən etibarlı avtomobilləri - SİYAHI

Avtodünya 24 Oktyabr 2017 00:00 Oxunub 1925
Bu ilin ən etibarlı avtomobilləri - SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Siyahıda birinci və ikinci yeri yapon istehsalı tutub

Amerikanın "Consumer Reports" agentliyi 2017-ci ilin ən etibarlı avtomobillərinin siyahısını tərtib edib. Avtosfer.az ölkə.az-a istinadla xəbər verir ki, siyahı avtomobil sahibləri ilə aparılan sosial sorğu nəticəsində hazırlanıb. Reytinqdə 27 avtomobil brendi iştirak edib. Respondentlərin fikrinə əsasən, siyahıda birinci və ikinci yeri yapon istehsalı tutub. Söhbət "Toyota" şirkəti və "Lexus" brendindən gedir. Məhz bu şirkətlərin avtomobillərinin xarab olması barədə məlumat çox azdır.

 

"Toyota GT86" idman kupesi ən etibarlı modeldir.

 

 

Ötən il isə siyahıya "Lexus" modeli liderlik edib. Söhbət  "Lexus ES" modelindən gedir.

 

 

 

"Kia şirkəti isə siyahıda üçüncüdür. Cənubi Koreya şirkətini "Niro" modeli təmsil edir.

 

 

Bundan başqa top onluğa "Audi", "BMW", "Subaru", "Infiniti", "Buick", "Honda" və "Hyundai" kimi markalar əlavə edilib. "Chrysler modeli 27 brend arasında 17-cidir.

 

Ən etibarsız maşınlar isə "Acura", "Cadillac" və "Mazda" şirkətlərinin modelləri seçilib.


Finans.Az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh