“Mercedes”lə traktor toqquşdu - Zərdabda

Qəzalar 24 Oktyabr 2017 01:46 Oxunub 842
“Mercedes”lə traktor toqquşdu - Zərdabda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zərərçəkənə ilkin tibbi yardım göstərilib

Zərdabda xəsarətlə nəticələnən yol qəzası baş verib. Hadisə dünən axşam saatlarında Ucar-Zərdab yolunun Zərdab rayonun Çallı kəndindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı minik maşını ilə traktor toqquşub. Nəticədə Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü Qoşqar Mirzə oğlu Abdullayev  müxtəlif xəsarətlərlə ağır vəziyyətdə Zərdab Mərkəzi Rayon Xəstəxanasına  yerləşdirilib. Zərərçəkənə ilkin tibbi yardım göstərilib və o, müalicəsini davam etdirmək üçün Ağcabədi Rayon mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır. 

 

APA

ŞƏRH YAZ
Ad

E-mail

Şərh