Polislərin olduğu avtomobil aşdı: ölən və yaralananlar var - Şəmkirdə

Qəzalar 24 Oktyabr 2017 09:45 Oxunub 939
Polislərin olduğu avtomobil aşdı: ölən və yaralananlar var - Şəmkirdə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə Kür qəsəbəsində baş verib

Şəmkirin Kür qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, qəsəbə ilə hərəkət edən "VAZ-21021" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Nəticədə bir nəfər hadisə yerində ölüb, 4 nəfər ağır yaralanıb. Yaralııar - Mirzəyev Fərman Kənan oğlu, Qasımov Orxan İntiqam oğlu, Yusibov Telman və Quluyev Rauf xəstəxanaya yerləşdirilib.

Məlumata görə, avtomobilin sürücü və sərnişinləri polis və polisə ictimai dəstək verən şəxslər olublar.

 

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh