İranın avtomobil istehsalçısı Azərbaycana ixracı artıracaq

Avtoxəbər 24 Oktyabr 2017 12:10 Oxunub 1326
İranın avtomobil istehsalçısı Azərbaycana ixracı artıracaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Söhbət Neftçalada Azərbaycan şirkəti ilə birgə avtomobil zavodu inşa edən Iran Khodro şirkətindən gedir

İranın əsas avtomobil istehsalçıları "İran Khodro" və "SAİPA" xarici bazarlardakı mövqelərini gücləndirəcək. “Iran Khodro” şirkəti xüsusilə Azərbaycan və İraq bazarında iştirakını genişləndirmək niyyətindədir. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, “Iran Khodro”nun açıqlamasına əsasən, şirkət ekonom avtomobillərin ixracını əsas hədəf kimi qoyub. Əsas ixrac istiqamətləri isə Əlcəzair, Azərbaycan, İraq, Oman, Seneqal və Tunisdir. Bu barədə şirkətin icraçı direktoru Haşem Yekezare bildirib. Xatırladaq ki, “Iran Khodro” və Azərbaycanın “Azermash” şirkətləri arasında 2016-cı ildə imzalanmış birgə əməkdaşlıq sazişinə əsasən, hazırda iki şirkət 15 mln. dollar həcmində ilkin investisiya qoymaqla Neftçala Sənaye Məhəlləsində birgə zavod tikir. Yaxın aylarda fəaliyyətə başlayacaq zavodda “Dena”, Runna”, “Samand” və “Seron” markalı avtomobilllər istehsal ediləcək.

“Iran Khodro” şirkətinin rəhbəri bildirib ki, tərəflər əməkdaşlığı genişləndirmək üçün razılığa gəliblər, Azərbaycan tərəfi birgə istehsalda öz investisiyalarını artırmağa razılaşıb. Onun sözlərinə görə, birgə müəssisənin istehsal etdiyi avtomobillər digər regionların bazarlarına da ixrac ediləcək. Məsələn, razılaşmaya əsasən istehsal edilən nəqliyyat vasitələrinin 20%-i MDB ölkələrinin, ilk növbədə Qazaxıstan və Belarusun bazarlarına çıxarılacaq.

Qeyd edək ki, “Iran Khodro” Azərbaycanda fəaliyyətinə 2005-ci ildə yerli istehsalı olan “Samand”ın satışı ilə başlayıb. Son onlillikdə ölkədə 4 500 İran avtomobili satılıb.

 

İranın digər avtomobil istehsalçısı "SAİPA" da xarici bazarda fəaliyyətini genişləndirməyi planlaşdırır. Hazırda şirkət İraq, Livan, Azərbaycan, Ermənistan, Türkmənistan, Özbəkistan, Misir, Tunis, Liviya, Seneqal, Kot-d’İvuar, Sudan və Cibutiyə ixrac həyata keçirir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh