Benzinin istifadəsi haqqında bunları bilirsinizmi? - Mühərrik belə korlanır

Yazarlar 24 Oktyabr 2017 13:57 Oxunub 3579
Benzinin istifadəsi haqqında bunları bilirsinizmi? - Mühərrik belə korlanır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yanacaq sistemi hökmən narın təmizləmə filtri ilə təchiz olunmalıdır

Xaricdə istehsal edilmiş minik avtomobilləri üçün oktan kəmiyyəti ən azı 91 - 92-yə bərabər olan benzindən istifadə edin, 90-cı illərin avtomobilləri üçün isə oktan kəmiyyəti ən azı 94-ə bərabər olan benzindən istifadə etmək tövsiyə olunur. Benzinin keyfiyyəti oktan kəmiyyətinin faktiki miqdarından savayı həm də benzinin mexaniki qarışıqlarla çirklənmə dərəcəsi ilə, tərkibindəki turşuların, qələvilərin, üzvi birləşmələrin, kükürd birləşmələrinin miqdarı ilə müəyyən edilir. Təəssüf ki, yanacaqdoldurma məntəqələrində benzinlərin keyfiyyət göstəriciləri çox vaxt yuxarıda qeyd edilən göstəricilərdən aşağı olur.

Nəticədə yanacaq yanarkən detonasiya prosesləri əmələ gəlir (bu, oktanın faktiki kəmiyyətinin aşağı olmasının nəticəsidir);

mühərrikin korlanması sürətlənir (bu, benzinin tərkibində mexaniki qarışıqların olmasının nəticəsidir); qatranın və yanma məhsullarının toplanması, detalların korroziyaya uğraması sürətlənir.

Yanacaq sistemi hökmən narın təmizləmə filtri ilə təchiz olunmalıdır, onun vəziyyətinə mütəmadi nəzarət etmək və onu müntəzəm dəyişmək lazımdır.

Benzinin keyfiyyətinin aşağı olduğunu nəzərə alaraq, 10.000 - 15.000 kilometr məsafə qət etdikdən sonra narın təmizləmə filtrinin dəyişmək gərəkdir. Yanacaq bakını ildə bir dəfə yumaq faydalı olar. Çiləyici sistemli və katalizatorlu mühərriklərdə keyfiyyəti Aİ-95-dən aşağı olmayan etilsiz və ya azetilli benzindən istifadə edin.

 

avtotemir.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh