"Qiyamət təyyarəsi" hazır vəziyyətə gətirildi

Texnologiya 24 Oktyabr 2017 17:20 Oxunub 1704
"Qiyamət təyyarəsi" hazır vəziyyətə gətirildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Soyuq müharaibədən sonra ilk dəfə "B52" bombardımanlarına nüvə raketləri yükləndi

Şimali Koreya ilə münasibətləri gərginliyin son həddinə çatan ABŞ qiyamətə hazırlaşır. Avtosfer.az-ın istipress-ə istinadən məlumatına görə, soyuq savaşdan bu yana ilk dəfə olaraq ABŞ "B-52" bombardıman təyyarələrini yenidən üzə çıxarır. Qiyamət təyyarəsi adlanan "E-4B Nightwatch"da hazır vəziyyətə gətirilib. Soyuq savaşdan bu yana ilk dəfə olaraq "B-52"lərə nüvə raketləri yerləşdirilib. Hava Qüvvələrinin generalı David Goldfeinin sözlərinə görə, dünya artıq çox təhlükəli bir yerdir və bu gün nüvə silahlarından hər kəs açıq-aşkar bəhs edir. O, deyib ki, dünya artıq ABŞ və SSRİ-nin olduğu iki qütblü bir yer deyil. "Artıq nüvə səlahiyyətləri olan başqa oyunçular da var".  Onun sözlərinə görə, "qiyamət təyyarəsi" kimi tanınan dörd "E-4B Nightwatch"dan azı biri hazır vəziyyətdə saxlanılır.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bazar günü Şimali Koreya ilə bağlı açıqlamasında hökumətin hər şeyə hazır olduğunu açıqlamışdı. "Nə qədər hazır olduğumuza inan bilmərsiniz".

http://istipress.com/media/image/59eeeaec17c5c/600@0

"B-52"nin özəllikləri

Növü - Ağır bombardıman

İstehsalçısı -  "Boeing Military Airplane Co"

Mühərrik -  8 ədət "Pratt & Whitney TF33-P-3/103" turbofan

Gücü - Hər mühərrik 7711 kq

Sürəti -  saatda 920 km

Maksimum qalxış ağırlığı -  219,600 kq

Uzunluğu - 49.05 m

Mənzili -  yanacaq almadan 14080 km

Heyəti -  beş nəfər.

 

"B-52", müxtəlif missiyalarda işini icra edir. Nüvə başlıqlar və hədəfi düz vura bilən silahlar daşıyır. Körfəz savaşında atılan bombaların 40 faizi "B-52" təyyarələrinin payına düşür. 40 ildən çoxdur ki, "B-52" Amerika Ordusunun "onurğa sütunu" hesab edilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh