Gecə vaxtı 110-luq yolda inəklə qarşılaşan sürücü - VİDEO

Avtosfer TV 24 Oktyabr 2017 21:26 Oxunub 2297
Gecə vaxtı 110-luq yolda inəklə qarşılaşan sürücü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mal-qara sahibləri daha diqqətli və məsuliyyətli olmalıdırlar

Gecə saatlarında Bakı-Quba yoluna çıxaraq yolun əksi istiqamətinə qaçan inək yolda təhlükəli vəziyyət yaradıb. Avtosfer.az-ın oxucusu Qorxmaz Mustafayev Bakı-Quba yolunun 110 km/saat sürət təşkil olunmuş hissəsində hərəkətdə olarkən inəyin qəfil onun qarşısına çıxdığını görən zaman dərhal avtomobili sola çəkərək qəzadan yayınmağı bacarıb.

Belə vəziyyətdə mal-qaranın yola çıxaraq yol nəqliyyat hadisəsinin baş verməsi, həmin mal-qara sahibinin məsuliyyətə cəlb olunması və dəyən maddi ziyanın həmin şəxs tərəfindən ödənilməsi ilə nəticələnə bilər. Ona görədə mal-qara sahibləri bu cür təhlükələrin yaranmaması üçün daha diqqətli və məsuliyyətli olmalıdır.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh