Parkomat olan yerdə sürücülərdən zorla 1 manat alırlar - Özbaşınalıq - VİDEO

Yazarlar 25 Oktyabr 2017 00:44 Oxunub 2212
Parkomat olan yerdə sürücülərdən zorla 1 manat alırlar - Özbaşınalıq - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Pul verməyən sürücü şlaqbaumdan buraxılmır

Bakının Atatürk prospektində yerləşən parkın bir hissəsi dayanacaq üçün ayrılıb. Avtosfer.az xəbər verir ki, dayanacağın ödənişli olması barədə lövhə yerləşdirilib və əraziyə müvəqqəti durma üçün nəzərdə tutulan parkomat da quraşdırılıb. Məsələ burasındadır ki, ərazidə parkomat ola-ola ödəmə köşkü də qoyulub. Özü də köşkün üzərinə girişin 1 manat olduğu yazılıb. Məlumdur ki, parkomatlar Bakı Şəhər İcra Hakimiyyətinin balansındadır. Köşkün qoyulması bura pul ödənilməsinin qarşısını alır. Bəs qanuni parkomatın yanına qeyri-qanuni parkinq köşkünü kim quraşdırıb?

Nəzarətçilər bunun sürücülərin xeyrinə olduğunu iddia edirlər. Səhərdən-axşama qədər avtomobilini park edən şəxsləri artıq xərcdən azad etdiklərini deyirlər. Lakin iş burasındadır ki, 10 dəqiqəlik maşını saxlayanlar da məcbur olub 1 manat ödəyirlər.

Halbuki bu dayanacaqdan yarım saat ərzində pulsuz istifadə olunmalıdır. Çünki parkomatda xidməthaqqı yarım saatdan sonra hesablanır. Parklanmadan sonra 30 dəqiqə 10 qəpik, 1 saat 50 qəpik, 2 saat isə 1 manatdan hesablanır. Amma köşkün üzərinə yazılan 1 manat sözü sürücüləri çaş-baş salır.

Sürücülər dayanacaqda parkomatla köşkün yanaşı dayanmasını məntiqsiz hesab edirlər. Onlar bunu qanunazidd hesab edirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh