Sığorta şirkəti sürücünü süründürür - Öhdəliyi tam yerinə yetirmir - VİDEO

Xəbərlər 25 Oktyabr 2017 00:47 Oxunub 1311
Sığorta şirkəti sürücünü süründürür - Öhdəliyi tam yerinə yetirmir  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təmir prosesində iştiraka da icazə verilmir

Sığorta şirkəti nə avtomobilə dəyən ziyanı tam ödəyir, nə də sahibinin təmir prosesində iştirakına icazə verir. Paytaxt sakini Ağamməd Vəliməmmədov iddia edir ki, oktyabrın 14-də onun idarə etdiyi minik avtomobili Binəqədi rayonu 9-cu mikrorayon ərazisində başqa bir minik maşını ilə toqquşub. Qəzanın səbəbkarı kimi digər minik maşını göstərilib. Bu səbəbdən də Ağamməd Vəliməmmədovun avtomobilinə dəyən ziyan sığorta şirkəti tərəfindən ödənilməlidir. Şirkətdən ona bildirilib ki, maşını özlərinin servisində təmir edəcəklər. Lakin təmir prosesində Ağamməd Vəliməmmədovun iştirakına icazə verməyiblər. Bu səbəbdən də Ağamməd Vəliməmmədov avtomobilin həmin servisdə təmir edilməsinə razı olmayıb.

Ağamməd Vəliməmmədov sığorta şirkətinə bildirib ki, avtomobili özü təmir etdirəcək. Buna görə də dəyən ziyanı ödəsinlər. Bu zaman isə ona ziyanın tam ödənilməyəcəyi deyilib.

Məsələ ilə bağlı sığorta şirkəti ilə də əlaqə saxladıq. Oradan isə bildirildi ki, məsələni araşdırıb tədbir görəcəklər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh