Bakıda sürücü keçiddə 3 piyadanı belə vurdu – REAL VİDEO

Avtosfer TV 25 Oktyabr 2017 10:56 Oxunub 7778
Bakıda sürücü keçiddə 3 piyadanı belə vurdu – REAL VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Piyada keçidinə yaxınlaşan sürücü onlara yol vermək əvəzinə üçünü də vurub

Bakıda piyada keçidində üç piyadanı eyni vaxtda vuran sürücünün görüntüləri Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” kamerasına düşüb. Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a təqdim olunan videodan da göründüyü kimi, piyada keçidinə yaxınlaşan sürücü piyadalara yol vermək əvəzinə onları vuraraq qaydaları kobud şəkildə pozub. Piyadalar yüngül xəsarət alsalar da, burada sürücünün kobud qayda pozuntusu aşkar görünür.

“Yol hərəkəti haqqında” qanunun 54-cü maddəsinin I hissəsində qeyd olunub ki, "Sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir".

Sürücülərə tövsiyəmiz budur ki, yolda diqqətli olsunlar. Onlar fikri yayındıra biləcək şeylərdən uzaq durmalıdırlar ki, qarşılarına qəfil maneə çıxdıqda yol nəqliyyat hadisəsinin qarşısını almaq mümkün olsun. 

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh