Sükan arxasında telefon tutan sürücülər - 21 min nəfər cərimələnib

Qaydalar 25 Oktyabr 2017 10:18 Oxunub 1151
Sükan arxasında telefon tutan sürücülər - 21 min nəfər cərimələnib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Sürücülər sükan arxasında telefondan istifadə etməklə həm özlərini, həm də digər hərəkət iştirakçılarını təhlükəyə atırlar"

“2017-ci ilin 9 ayı ərzində əldə telefon tutmaqla avtomobil idarə edən 21462 sürücü inzibati məsuliyyətə cəlb edilib”. Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı Modern.az-ın sorğusuna cavab olaraq DİN Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Kamran Əliyev deyib. O bildirib ki, sükan arxasında telefondan istifadə qəzaların baş verməsinə səbəb olur. “Sürücülər sükan arxasında telefondan istifadə etməklə həm özlərini, həm də digər hərəkət iştirakçılarını təhlükəyə atırlar. Telefondan istifadə sürücülərin fikrinin yayınmasına səbəb olur”. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin (İXM) 342.6 maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə 50 manat məbləğində cərimə nəzərdə tutulur. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh