Avtonom hərəkət edən sürət qatarı fəaliyyətə başladı - FOTO

Texnologiya 25 Oktyabr 2017 10:24 Oxunub 1425
Avtonom hərəkət edən sürət qatarı fəaliyyətə başladı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Üç vaqondan ibarət qatarın uzunluğu 32 metr, maksimum sürəti isə saatda 70 kilometrdir

Çinin Xunan vilayətinin Cucou şəhərində avtonom hərəkət edən relssiz elektrik sürət qatarı test rejimində fəaliyyətə başlayıb. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, Çinin CRRC dəmiryolu şirkətinin hazırladığı nəqliyyat vasitəsi özündə qatar, avtobus və tramvayın xüsusiyyətlərini cəmləşdirir. Üç vaqondan ibarət qatarın uzunluğu 32 metr, maksimum sürəti isə saatda 70 kilometrdir. Eyni vaxtda 70-dək sərnişin daşımaq imkanı olan qatar 10 dəqiqədə topladığı enerji ilə 25 kilometr məsafə qət edə bilir.

 

Cucou şəhərində relssiz elektrik qatarlarının hərəkəti üçün hələlik cəmi 3,1 kilometr uzunluğunda xüsusi işarələnmiş yol mövcuddur. Gələn ildən həmin qatarların daimi rejimdə fəaliyyətə başlayacağı bildirilir.

 

CRRC dəmiryolu şirkətinin mütəxəssisləri hesab edir ki, bu cür nəqliyyat sisteminin ərsəyə gətirilməsi ənənəvi tramvay nəqliyyatı şəbəkəsindən 5 dəfə ucuz başa gəlir. 

http://modern.az/uploads/news/news_in/015088758622650149538_1000x6691508878296.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh