Rusiyanın "Formula-1" üzrə yeganə pilotu komandadan kənarlaşdırılıb

Yarışma 25 Oktyabr 2017 13:35 Oxunub 1550
Rusiyanın "Formula-1" üzrə yeganə pilotu komandadan kənarlaşdırılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Toro Rosso” Daniil Kvyatın xidmətinə ehtiyac görmür

"Formula-1" üzrə dünya çempionatının iştirakçılarından olan İtaliyanın “Toro Rosso” komandası rusiyalı pilot Daniil Kvyatı heyətdən kənarlaşdırıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Avstriya “Red Bull”unun məsləhətçisi Helmut Marko “Autobild”ə bildirib. Marko Kvyatı uzunmüddətli perspektivdə düşünmədiklərini və onun bir daha komandaya qayıtmayacağını söyləyib. O bildirib ki, 27 - 29 oktyabrda Meksikada keçiriləcək Qran-pridə “Torro Roso” Pyer Qasli və Brendon Hartlinin xidmətindən yararlanacaq. Kvyat daha əvvəl qeyri-kafi nəticələr səbəbi ilə Malayziya və Yaponiya Qran prilərində heyətdə yer almayıb. O, 20 - 22 oktyabrda ABŞ-da təşkil olunan növbəti mərhələdə trasa qayıtsa da finişə 10-cu çatıb. Qeyd edək ki, “Toro Rosso” “Red Bull”un kiçik komandasıdır. "Formula-1"də yeganə rusiyalı pilot olan Daniil Kvyat 2010-cu ildən İtaliya təmsilçisinin uğurları üçün çalışırdı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh