"Maşın"da uduzsa da, avtomobilsiz qalmadı - İlkinə hədiyyə

Yarışma 25 Oktyabr 2017 22:06 Oxunub 2958
"Maşın"da uduzsa da, avtomobilsiz qalmadı - İlkinə hədiyyə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aktyor İlkin Misgərliyə avtomobil hədiyyə edilib

Avtosfer.az xəbər verir ki, Axşam.az-a açıqlamasında aktyor xəbəri təsdiqləyib. İlkin bildirib ki, hələ maşınını görməyib:

"Bu gün "Maşın” şouda hamısını açıqlayacam. Avtomobili də hələ bu gün görəcəm”.

İlkin sosial şəbəkədə ünvanına yazılan tənqidlərdən bəhs edib:

"Mənim dilimdən "Gözüm yoldadır” başlıqda yazı yayılıb. İnsanlar isə məni tənqid edir. İfadə dilənçilik kimi görünür. Ayıbdır... Mən maşınla da, maşınsız da həmin insanam. Həyatıma, işimə davam edirəm. Bu bir şou idi, getdim oynadım və uduzdum. Mənim istəyim oyundakı maşını udmaq idi. Başqa bir maşın yolu gözləmirdim, heç kimdən də avtomobil istəməmişəm”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh