Bakıda "07" durduğu yerdə alışıb yandı - Dəhşətli VİDEO

Xəbərlər 25 Oktyabr 2017 23:45 Oxunub 1758
Bakıda "07" durduğu yerdə alışıb yandı - Dəhşətli VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Partlayış təhlükəsinə baxmayaraq sərnişinlə dolu avtobus yanan avtomobilin yaxınlığından keçib

Bu görüntülər dəhşət saçır. "VAZ 2107" markalı avtomobil dayandığı yerdə güclü alovlanmağa başlayıb. Yanğın getdikcə güclənib. Hər an partlayış baş verə bilər. Ətrafda isə xeyli insan toplaşıb. Təhlükəyə baxmayaraq 124 saylı avtobus həmin avtomobilin yanından keçib. Dəhşətli hadisə paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 may küçəsində baş verib.

Hadisə yerinə fövqəladə hallar nazirliyinin əməkdaşları gəliblər. Bir müddətdən sonra alovlar yanğınsöndürənlər tərəfindən söndürülüb.Yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.

Yanğının hansı səbəbdən baş verdiyi araşdırmalardan sonra məlum olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh