189 yerlik təyyarə 1 sərnişin üçün uçdu - FOTO

Avtosfer Foto 25 Oktyabr 2017 23:49 Oxunub 2176
189 yerlik təyyarə 1 sərnişin üçün uçdu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Turist mövsümünün sonunda bilet alanların sayı həmişə azalır

Şotlandiyadan Yunanıstanın Krit adasına yollanan Karon Qriv uçuş qapısına çatdıqdan sonra 189 nəfərlik təyyarədə yeganə sərnişin olduğunu öyrənib. Avtosfer.az BBC-yə istinadən xəbər verir ki, “Jet2” aviaşirkətinə əsasən turist mövsümünün sonunda bilet alanların sayı həmişə azalır.

Xanım Qrivin tək uçacağı daha iki sərnişinin gəlmədiyindən sonra təsdiqlənib. Uçuş heyətinin diqqəti biletə 46 funt ödəmiş (103 AZN) sərnişində olub və hamı ona adı ilə müraciət edib: “Biz təyyarəyə qalxmaqdan öncə artıq yaxın dost idik. Kapitan əla idi. İkinci pilot uçuşa hazırlıq edərkən, o, gəlib yanımda əyləşdi və biz uçuşla bağlı söhbət etdik”, - deyə K.Griv bildirib.

Karon Qriv Kritdə qalacağı bir ay ərzində kriminal roman yazmaq fikrindədir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh