Bu yolda hər gün niyə tıxac yaranır? - VİDEO

Yazarlar 25 Oktyabr 2017 23:51 Oxunub 1417
Bu yolda hər gün niyə tıxac yaranır? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dayanacaqlarda minik maşınlarının dayanması ərazini axşam və səhər saatlarında keçilməz edir

Yolda uzun tıxac yaranıb və sürücülər hərəkətin bərpa olunacağı vaxtı gözləyirlər. Görüntülər hər gün bu mənzərənin yaşandığı hava limanı yolu ilə Zabrat-Maştağa yolunun kəsişməsindədir. Yolun ən çox hərəkət olan hissəsində qoyulan dayanacaq vəziyyəti pik saatlarda daha da mürəkkəbləşdirir.Avtobus dayanacağında şəxsi avtomobillərin və taksilərin dayanması isə nəqliyyatın hərəkətini daha da çətinləşdirir

Bəzi sürücülər isə Zabratdan üzü şəhər istiqamətinə hərəkət edərkən üst keçidin yaxınlığında qurraşdırlan dayancağın yerinin dəyişdirilməsini təklif edirlər.Bunun üçün daha irəlidə boş ərazidə var.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət etdik. Qurumun şöbə müdiri Mayis Ağayev bildirdi ki, ərazidə tıxacın yaranmasına əsas səbəb taksi və şəxsi avtomobilərin avtobus duracağı xəttinin üzərində dayanmasıdır. Hazırda Agentlik problemin həlli üçün digər dövlət qurumları ilə birgə iş aparır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh