Rumıniya "H-215" tipli helikopterlər istehsal edəcək

Avtoxəbər 26 Oktyabr 2017 09:00 Oxunub 1188
Rumıniya "H-215" tipli helikopterlər istehsal edəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu məqsədlə Airbus şirkəti ilə danışıqlar aparılıb

“Rumıniya 2018-ci ildə "Airbus" şirkətindən "H-215" tipli helikopterin hissələrini alaraq Braşov şəhərindəki mərkəzdə onun istehsalına başlayacaq”.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bunu Rumıniyanın müdafiə naziri Mihai Fifor ötən gün ölkəsinin Ordu günü ilə bağlı keçirilən rəsmi mərasimdən sonra bildirib.

Nazir əlavə edib ki, ilkin olaraq Müdafiə və Daxili İşlər nazirlikləri yeni istehsal ediləcək vertolyotlarla təchiz olunacaqlar.

“Bazar ertəsi Rumıniyanın baş naziri və iqtisadiyyat naziri ilə birgə "Airbus" şirkətinin nümayəndələri ilə görüşüb əməkdaşlıq məsələlərini müzakirə etdik. Növbəti ildən etibarən Braşovakı zavodda yeni "H-215" helikopterinin istehsalına başlanacaq”, - deyə M. Fifor bildirib.

Müdafiə naziri onu da vurğulayıb ki, Rumıniya tərəfi sözügedən məsələ ilə bağlı müqavilənin birinci hissəsini bu ilin sonunadək yekunlaşdıracaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh