Xanım sürücüyə dərs keçmək istəyirdi, qəzaya düşdü - VİDEO

Avtoreyd 12 Dekabr 2014 22:00 Oxunub 2036
Xanım sürücüyə dərs keçmək istəyirdi, qəzaya düşdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol qarlı olduğundan avtomobil sürüşərək “BMW X5”lə toqquşub

Başqasına «dərs» vermək istəyən sürücü özünün buna ehtiyacı olduğunu sübut edib. Avtosfer.az-ın azadxeber.az-a istinadən verdiyi məlumata görə, Rusiyada magistral yolda sol zolaqla zəif sürətlə hərəkət edən xanım sürücünü arxadan gələn digər sürücü ötmək istəyib. Lakin xanım sürücü yolun sağ tərəfinə keçməyib. Buna qəzəblənən "Sangyong" markalı avtomobilin sürücüsü sağ zolağa keçib və xanım sürücünü ötərək ona "dərs" vermək fikrinə düşüb. O, bir anda sol zolaqla hərəkət edən avtomobilin qarşısına keçərək əyləci basıb. Hadisə də bundan sonra baş verib. Yol qarlı olduğundan avtomobil sürüşərək orta yolla hərəkət edən “BMW X5” markalı avtomobilə toqquşub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh