Sumqayıtda qanunsuz sərnişin daşıyan sürücülər cəzalandı - VİDEO

Yol polisi 26 Oktyabr 2017 20:11 Oxunub 1359
Sumqayıtda qanunsuz sərnişin daşıyan sürücülər cəzalandı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP əməkdaşları 15 mikroavtobusu saxlayıb

Sumqayıt şəhərində qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobus sürücülərinə qarşı reyd keçirilib. Reydin keçirilməsində əsas məqsəd sərnişindaşıma sahəsində təhlükəsizliyi təmin etmək və nizam-intizamı gücləndirməkdir. Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, bu gün səhər saatlarında keçirilən reyd zamanı DYP əməkdaşları 15 mikroavtobusu saxlayıb. Araşdırmalar zamanı məlum olub ki, həmin avtobusların bəzilərində konstruksiya dəyişiklikləri var, əlavə oturacaqlar quraşdırılıb. O da məlum olub ki, sürücülərin yarıdan çoxunun həmin avtobusları idarə etmək üçün müvafiq kateqoriyası və sürücülük hüququ yoxdur. 

Sumqayıt DYP vətəndaşlara müraciət edərək bildirir ki, bu cür qanunsuz sərnişindaşıma ilə məşğul olan insanlara öz həyatlarını etibar etməsinlər. Yaxşı olardı ki, Sumqayıt-Bakı istiqamətində gedib-gələn sərnişinlər avtovağzallarda fəaliyyət göstərən avtobuslardan, həmçinin elektrik qatarından istifadə etsinlər. 

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh