40 manatlıq cərimə 20 manatla əvəz olundu - DYP protokola xitam verdi

Yol polisi 26 Oktyabr 2017 14:56 Oxunub 3447
40 manatlıq cərimə 20 manatla əvəz olundu - DYP protokola xitam verdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İkinci cərgədə maşın saxlamağa görə 20 manat cərimə yazılmaldır

Bakı şəhər sakini Cəlilov Natiq oktyabrın 24-də paytaxtın N.Rəfibəyli küçəsində ikinci cərgədə dayanma durma qaydasını pozduğuna görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Müşayiət Eskort Bölüyünün (DYPİ MEB) YPX inspektoru, polis baş serjantı Qəhrəmanov Xalid Məhərrəm oğlu tərəfindən 40 manat cərimə yazıldığı barədə Avtosfer.az-a öz şikayətini bildirmişdi. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məsələyə dərhal reaksiya verərək Avtosfer.az-a bildirib ki, "sürücüyə düzgün yazılmamış protokolla bağlı Bakı Şəhər DYP idarəsinə aidiyyəti üzrə tapşırıq verilib. Həmin idarə tərəfindən sürücüyə yazılmış 40 manatlıq qərar 20 manatlıq qərarla əvəz olunacaq".

Daha sonra Kamran Əliyev bildirdi ki, ikinci cərgədə dayanma durma qaydalarının pozulmasına görə 40 manat yox, 20 manat cərimə yazılmaldır.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh