Avtomobilini saxlayıb getdi, qayıdanda tapmadı - Baklda qəribə hadisə - VİDEO

Xəbərlər 26 Oktyabr 2017 21:54 Oxunub 2019
Avtomobilini saxlayıb getdi, qayıdanda tapmadı - Baklda qəribə hadisə - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis elə bilib ki, maşın oğurluqdur

Yol kənarında yarımtiklinin qarşısında saxladığı avtomobil naməlum şəraitdə oğurlanıb. Hadisə paytaxt sakini Tural Ələsgərovun başına gəlib. Zərərçəkmişin sözlərinə görə, minik avtomobilini Suraxanı rayonu Şərq küçəsində yarımtiklilərdən birinin qarşısında park edib. Bir müddət sonra Tural Ələsgərov maşnının yanında gəldikdə orda görməyib. Dərhal ''102'' xidmətinə bu haqda məlumat verib.

Hadisədən bir neçə gün keçsə də avtomobili ilə bağlı polisdən heç bir xəbər gəlmədiyi üçün təkrar ''102'' xidmətini yığaraq bu barədə məlumat verib. Ordan isə avtomobilin Dərnəgül şossesindəki mühafizə olunan dayanacaqda olduğunu deyiblər.

Zərərçəkmiş iddia edir ki, Suraxanı rayonu 32-ci polis bölməsinin əməkdaşları avtomobili cərimə meydançasına apararkən ona maddi zərər də vurublar. Tural Ələsgərov deyir ki, nəqliyyat vasitəsinin təkərləri əyilib.

Məsələ ilə bağlı Suraxanı rayon 32-ci polis bölməsindən bildirdilər ki, avtomobil bir neçə gün yol kənarında qaldığından xidmətdə olan post-patrul əməkdaları onun oğurluq olmasından şübhələniblər. Bu səbdən də avtomobili evakuatorla cərimə meydançasına aparıblar ki, təhlükəsiz yerdə qalsın. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, burada heç bir yol hərəkəti qaydası pozulmayıb. Polis həmin avtomobildən şübhələnibsə aparması normaldır. Lakin avtomobil cərimə meydançasından götürülərkən sahibindən duracaq üçün ödəniş alınmamalıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh