«Kəməri yol polisinə görə taxmıram»

Öyrənək 14 Dekabr 2014 23:43 Oxunub 2516
«Kəməri yol polisinə görə taxmıram»
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Skripkaçı Səlim: «İnsanlarımız baxsın və dərk etsin ki, sürətlə maşın sürmək olmaz»

Skripkaçı-müğənni, əməkdar artist Səlim Abbasov yol-hərəkəti qaydalarına riayət etməsindən danışıb. Avtosver.az-a açıqlamasında Səlim Abbasov bildirib ki, yol-hərəkəti qaydalarına riayiət edir, amma pozduğu vaxtlar da olub: «Yol-hərəkət qaydalarına riayət edirəm, amma elə olur ki, istəmədən qaydaları pozduğum vaxtlar da olub. Yol polisi işçilərindən gülə-gülə yola salanlar və hörmət edənlər də, eləmiyənlər də olur».

Səlim Abbasov onu da dedi ki, maşını çox sürətlə sürmür: “Qəzalar çox olur. Onun üçün də efirlərdə tez-tez verirlər ki, insanlarımız baxsın və dərk etsin ki, sürətlə maşın sürmək olmaz. Sən özünü təhlükəyə atırsan. Dostlarım mənə deyirlər ki, səni tanıyırlar, təhlükəsizlik kəmərini niyə taxırsan. Mən kəməri yol polisiəni cərimələməsi üçün taxmıram. Evdən çıxanda öyrəncəliyəm artıq. Birinci, kəməri taxıram. Düzdür, telefona zəng gələ bilər. Tək-tük hallarda olur ki, maşın sürə-sürə telefonla danışıram. Vacib zəng gələndə maşını bir tərəfə çəkirəm və telefonla rahat danışıram. Telefonla danışa-danışa hansısa hadisə baş verə bilər, qəza ola bilər. Qəzadan qorunmaq üçün bu hallara riayət etməliyik».

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Vasif Əliyev 23 Sentyabr 2018 16:55
Salam,yol polisinin kəmər bağlanmasına dair qanun varxahiş edirəm cavablandırasınız.