Ölümə tələsən daha bir sürücü - VİDEO

Xəbərlər 27 Oktyabr 2017 17:19 Oxunub 5296
Ölümə tələsən daha bir sürücü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tələsmək onları mənzil başına yox, ölümə tez çatdırar

Bakı-Sumqayıt yolunda kobud qayda pozan sürücünün görüntüləri digər avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, Bakı-Sumqayıt yolunda hərəkət edən 99-DX-268 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü yolda intizamsızlıq edərək dəfələrlə manevr qaydasını kobud şəkildə pozub. Sürücü hərəkət etdiyi zolaqdan qəfil sol zolağa manevr edib avtomobillərin arasına keçərək yüksək sürətlə hərəkət edib. Manevr qaydasını pozmaqdan əlavə qəza şəraiti də yaradıb.

Ölkəmizdə bu cür sürücülər çoxdur. Onları dindirdikədə harasa tələsdiklərini bildirirlər. Amma onu dərk etmirlər ki, bu cür tələsmək onları mənzil başına yox, ölümə tez çatdırar.

Ümid edirik ki, Baş Dövlət Yol Polisi İdarəsi həmin sürücünü aşkar edərək barəsində qanuni tədbir görəcək.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh