Sürücülərin diqqətinə - Daha bir əməlin cəzası yüngülləşdirildi

Yazarlar 27 Oktyabr 2017 14:51 Oxunub 2780
Sürücülərin diqqətinə - Daha bir əməlin cəzası yüngülləşdirildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə yerindən qaçanlar bəzi hallarda həbs olunmayacaq

Cinayət Məcəlləsinin 264-cü maddəsinə (Yol nəqliyyat hadisəsi yerindən qaçma) "azadlığın məhdudlaşdırılması" qeydi əlavə edilib. Avtosfer.az "Sputnik Azərbaycan" istinadən xəbər verir ki, təklif olunan variantda deyilir ki, bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda, nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması 3 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Mövcud variantda isə göstərilir ki, bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda, nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması 3 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinin 263-cü maddəsinə (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) də "azadlığın məhdudlaşdırılması" əlavə edilib.

263.1-ci maddədə deyilir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda 2 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 min manatdan 7 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu Məcəllənin 263.1-ci maddəsində "digər mexaniki nəqliyyat vasitəsi" dedikdə trolleybuslar, traktorlar, motosikllər, habelə başqa özüyeriyən maşın və mexanizmlər nəzərdə tutulur.

Maddəyə əlavə edilir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir.

Qeyd edək ki, dəyişiklik ötən həftə parlamentin iclasında birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh