Sürücülər və piyadalar: Daha çox hansı qaydaları pozur? - VİDEO

Yazarlar 28 Oktyabr 2017 00:43 Oxunub 1278
Sürücülər və piyadalar: Daha çox hansı qaydaları pozur? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yanvar ayından bəri qaydaları ən çox piyadalar pozub

Dayanma və durmanın qadağan olduğunu bildirən nişan qoyulub ancaq, bu qaydaya əməl edən yoxdur. Bu piyadalar isə özlərini təhlükəyə ataraq birbaşa yolun hərkət hissəsindən keçirlər. Baxmayaraq ki, yaxınlıqda piyada keçidi var. Görüntülər paytaxtın müxtəlif yerlərində qeydə alınıb. Dövlət Yol Polisi İdarəsi Bakıda yol hərəkəti ilə əlaqədar sürücülərin və piyadaların ən çox hansı qaydanı pozmaları ilə bağlı araşdırma aparıb. İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov deyir ki, Bakıda son 10 ay ərzində 70 mindən artıq yol hərəkəti qaydalarını pozan şəxslər barəsində inzibati protokol tərtib edilib.

Dayanma-durma tələbini pozan sürücülərə qarşı tərtib edilmiş protokolların sayı da üstünlük təşkil edir. Həmçinin Bakıda 70 avtoxuliqan barəsində sərt cəza tədbiri görülüb. Ümumilikdə isə ötən illərlə müqayisədə Bakıda baş verən yol qəzalarının sayı azalıb.

Qeyd edək ki,ilin əvvəlindən bu günə qədər 478 yol nəqliyyat hadisəsi baş verib. Nəticədə 147 nəfər həlak olub, 442 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh