Bakıda "Kamaz" sürücüsü saatda 80-lə "protiv" getdi - VİDEO

Xəbərlər 28 Oktyabr 2017 01:17 Oxunub 1909
Bakıda "Kamaz" sürücüsü saatda 80-lə "protiv" getdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İndi yol polisi həmin sürücünü axtarır

"Kamaz"la əks yola çıxan sürücü saatda 80 kilometr sürətlə hərəkət edir. Görüntülər Bakı-Qazax yolunun Qobustan qəsəbəsindən keçən hissəsində lentə alınıb. Eyni istiqamətdə hərəkətdə olan sürücülərdən biri yük avtomobilinin əks yolda sürətlə getdiyini görüb dərhal onu çəkərək Avtosfer.az-a göndərib. Kadrlara baxdıqda da aydın görünür ki, ''Kamaz''ın sürücüsü təhlükəli vəziyyət yaradaraq, magistral yolda intensiv hərəkət edən nəqliyatın axınına qarşı gedir. Günün qaranlıq vaxtı olması isə təhlükənin nə qədər böyük olmasından xəbər verir. Həmin anı çəkən sürücü iddia edir ki, yük avtomobilinin sürücüsü bu şəkildə təxminən 20 kilometr yol qət edib. Qarşıdangələn avtomobillərin böyük əksəriyyəti isə rayonlardan gələn sərnişinlə dolu avtobuslardır.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirdi ki, görüntülər idarədə araşdırılır. Daha doğrusu həmin ərazidəki təhlükəsiz şəhər kameralarına baxış keçirilir. Həmin yük avtomobilinin dövlət nömrə nişanı müəyyən edildikdən sonra sürücü saxlanılacaq. Onun barəsində inzibati xətalar məcəlləsinin 327.4-cü maddəsi ilə yəni əks istiqamətdə hərəkət etməyə görə, 100 manat məbləğində cərimə ediləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh