Polisdən yolda gül satanlarla bağlı sürücülərə müraciət: "Gül almayın"

Yol polisi 28 Oktyabr 2017 03:10 Oxunub 2465
Polisdən yolda gül satanlarla bağlı sürücülərə müraciət: "Gül almayın"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Onlar ən azından sürücünü yolun hərəkət hissəsində dayanmasına məcbur edirlər"

Bakı şəhərinin əsas yollarında nəqliyyat vasitələrinin sıxlığı demək olar ki, günün pik vaxtlarında ciddi tıxaclar səbəb olur. Bu problemin yaranmasına müxtəlif səbəblər göstərmək olar. Amma son zamanlar yolların bəzi hissələrində gül satan və dilənçilik edən insanlar tərəfindən də avtomobillərin hərəkətinə ciddi maneçilik yarandığının şahidi oluruq. Belə ki, gül satan və yaxud dilənçilik edən şəxslər hərəkətdə olan və yaxud tıxacda qalan avtomobillərin qarşısına keçərək sürüclərə maneçilik törədirlər. Unikal.org-un əməkdaşı dünən Binəqədi rayonu ərazisində "Azadlıq” prospektində gül satan şəxsin polis tərəfindən saxlandığının da şahidi olub. Məsələ ilə bağlı açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, yollarda istər dilənçilik edən, istər gül satanlar sürücülərin diqqətini yayındırır və belə hallar yol nəqliyyat qəzalarına da səbəb ola bilər: "Onlar ən azından sürücünü yolun hərəkət hissəsində dayanmasına məcbur edirlər. Belə hallara yol vermək olmaz. Ona görə, polis bu cür mənfi hərəkətlərə müdaxilə edir. Bir sözlə, yol gül satan, dilənçilik edənlər də belə hallara yol verməməlidirlər”.

Yol polisi rəsmisi həmçinin, bəzən yollarda gül satan şəxslərdən gül alan sürücülərə də müraciət edib: "Ümumiyyətlə, yolların hərəkət hissəsində sürücülərin avtomobil saxlaması yolverilməzdir. Sürücülər də belə hallarla rastlaşdıqda bu şəxslərə diqqət yetirilməməsi tövsiyyə edilir. Söhbət gül almaqdan gedirsə, bilirsiniz ki, paytaxt Bakıda kifayət qədər müsair tələblərə cavab verən gül satılan yerlər var. Sürücülərdən kimə gül lazımdırsa, 5 dəqiqəlik vaxtını alıb bu yerlərdən əldə edə bilərlər. Yolda saxlayıb 2-3 dənə keyfiyyətsiz gülü almaq nə dərəcədə düzgündür?”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh