Maserati şirkəti BMW X3 modelinə rəqib hazırlayır

Avtoxəbər 28 Oktyabr 2017 10:02 Oxunub 1194
Maserati şirkəti BMW X3 modelinə rəqib hazırlayır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maserati Levante 275 at qüvvəli dizel mühərriki ilə də təchiz olunur

Maserati şirkəti 2020-ci ilə qədər daha bir krossover buraxacaqdır. Yeni model italyan istehsalçısının model xəttində Levante krossoverindən bir pillə aşağıda yerləşəcəkdir. Bu barədə Fiat Chrysler Automobiles qrupunun rəhbəri Sercio Markionneyə istinadən Automotive News saytı yayıb. Maserati brendinin yeni modelinin əsasını Alfa Romeo Stelvio modelinin inşasında istifadə edilən Giorgo arxa çəkişli platforması təşkil edəcəkdir. Markionnenin sözlərinə görə, yeni Maserati krossoverinin mühərrik çeşidi Alfa-Romeo krossoveri üçün təklif ediləndən ciddi şəkildə fərqlənəcəkdir. Yeni modelin əsas rəqibləri BMW X3, Audi Q5, Mercedes-Benz GLC və Jaguar F-Pace modelləri olacaqdır.

Maserati şirkəti Levante modelini 2016-cı ilin martında Cenevrə avtosalonunda təqdim edib. Krossover «Avro-6» standartlarına cavab verən benzin və dizel mühərrikləri ilə təchiz edilir. Avtomobil 350 və 430 at qüvvəsi gücü olan 3,0-litrlik V6 benzin mühərriklərii ilə hərəkətə gəlir. 350 at qüvvəli avtomobil 100 km/saat həddini toplamağa 6,3 saniyə, 430 at qüvvəli variant isə 5,2 saniyə sərf edir. Top-variantın maksimal sürəti 264 km/saat təşkil edir.

 

Bundan əlavə, Maserati Levante 275 at qüvvəli dizel mühərriki ilə də təchiz olunur. Bu mühərrik 100 km/saat sürətini 6,9 saniyəyə toplayır və 230 km/saat maksimal sürətə malikdir. Bütün mühərriklər 8-pilləli avtomatik sürətlər qutusu ilə birgə çalışır. Bundan əlavə krossover intellektual tam çəkiş sistemi və özüqapanan differensial ilə təchiz edilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh