Sumqayıtda reyd: qanunsuz sərnişin daşıyan sürücülər aşkarlanıb

Avtoreyd 28 Oktyabr 2017 17:12 Oxunub 1834
 Sumqayıtda reyd: qanunsuz sərnişin daşıyan sürücülər aşkarlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sənədsiz, köhnə avtobusla sərnişin daşıyanlar aşkarlanıb

Sumqayıt şəhərində qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobus sürücülərinə qarşı reydləri davam edir. Dünən Sumqayıt şəhəri Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları nəqliyyat müfəttişləri ilə birlikdə keçirdikləri reyd zamanı qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülər aşkarlanıb. Sumqayıt DYP-dən Avtosfer.az-a verilən məlumata görə, şəhərin müxtəlif nöqtələrində keçirilən reydlər zamanı 20-dən artıq sürücü saxlanılıb. Onlardan 15-nin avtomobili standartlara cavab verməyib və əlavə avadanlıqlar, oturacaqlar quraşdırıldığı aşkarlanıb. Həmçinin sürücülərin bir çoxunun sənədləri qaydasında olmayıb. Qeyd edilən avtomobillər cərimə meydançasına aparılıb. Digərləri haqqında isə müvafiq inzibati protokollar tərtib edilib.

Şöbədən onu da bildirdilər ki, bu cür reydlər mütəmadi olaraq keçirilir. Əsas məqsəd sərnişindaşıma sahəsində nöqsanları aradan qaldırmaq, yol-nəqliyyat hadisələrinin qarşısını almaq və təhlükəsizlik tədbirlərini gücləndirməkdir.

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh