Sebastyan Fettel "Formula-1"in təsnifat mərhələsinin qalibi olub

Yarışma 29 Oktyabr 2017 14:21 Oxunub 1428
Sebastyan Fettel "Formula-1"in təsnifat mərhələsinin qalibi olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, özünün ən yaxşı dairəsini 1:16.488 dəqiqəyə qət edib

"Ferrari"nin alman pilotu Sebastyan Fettel "Formula-1"in Meksika Qran-prisi üzrə təsnifat mərhələsinin qalibi olub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Fettel təsnifatın üçüncü seqmentində özünün ən yaxşı dairəsini 1:16.488 dəqiqəyə qət edib və bununla da "Red Bull" təmsilçisi Maks Ferstappeni 0,09 saniyə qabaqlamış olub. Çempion yarışmasında üçüncü ən yaxşı nəticəni "Mercedes"dən olan Lüis Hemilton göstərib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh