Biznesmen qonşusunu ölümlə hədələdi: "Porsche" ilə üstündən keçərəm"

Xəbərlər 30 Oktyabr 2017 12:58 Oxunub 3156
Biznesmen qonşusunu ölümlə hədələdi: "Porsche" ilə üstündən keçərəm"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polisin zənglərinə baxmayaraq Orxan Əhədov izahat verməkdən boyun qaçırıb

Bakıda xuliqanlıq hadisəsi baş verib. Lent.az xəbər verir ki, Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində yerləşən çoxmərtəbəli binanın zirzəmisindəki qarajda, həmin ünvanda yaşayan Orxan Əhədovla Rəşad Məmmədov arasında münaqişə baş verib. Bu zaman O.Əhədov Rəşadı döyərək xuliqanlıq edib. Yüngül bədən xəsarəti alan R.Məmmədov şikayət ərizəsi ilə polisə müraciət edib. Şikayətçi bildirib ki, Orxan Əhədov onu “Porsche” markalı avtomobillə tapdalayacağı ilə hədələyib.

Qeyd edək ki, hadisədə adı hallanan Orxan Əhədov iş adamıdır və “Grand” MMC-nin rəhbəridir.

Onu da qeyd edək ki, hadisə bir neçə gün əvvəl baş versə də, polis əməkdaşlarının zənglərinə baxmayaraq O.Əhədov məsələ barəsində izahat verməkdən boyun qaçırıb. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh