Yol qəzasında yaralanan şəxslər öldü

Qaydalar 30 Oktyabr 2017 13:00 Oxunub 1358
Yol qəzasında yaralanan şəxslər öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər iki faktla bağlı araşdırma aparılır

Azərbaycanda yol qəzasında xəsarət alan 2 nəfər xəstəxanada vəfat edib. Avtosfer.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 23-də Masallı rayonunun Boradigah qəsəbəsi ərazisində rayon sakini İlham Ağayev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən qəsəbə sakini Pənah Hüseynovu vurub. P.Hüseynov oktyabrın 28-də evində ölüb.

Bundan başqa oktyabrın 27-də saat 17 radələrində Gəncə şəhəri ərazisində şəhər sakinləri Emil Hüseynovun, Rəşad Allahverdiyevin idarə etdikləri 2 “Mercedes” və Vidadi Hümbətovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub. Nəticədə V.Hümbətov və sərnişini, oğlu Ümid xəstəxanaya yerləşdiriliblər. Ümid oktyabrın 28-də orada ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh